Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub.
Arazmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Honsü adasında yerləşən, təxminən 428 min nəfər əhalisi olan Yokosuka şəhərindən 621 km cənub-şərqdə yerləşib. Zəlzələ 60 km dərinlikdə baş verib.
Dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.