Cənubi Koreya prezidenti Yun Suk-yeol martın 16-da Tokioya səfər edəcək.
Arazmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, C.Koreya prezidenti səfər çərçivəsində Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlar aparacaq.
Koreya liderinin səfəri iki gün davam edəcək və bu onun son 12 ildə Yaponiyaya ilk səfəri olacaq.