Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binali Yıldırım Yenidən Refah Partiyasının qərargahını ziyarət edib.
Arazmedia.az xəbər verir ki, o, partiyanı AKP və MHP-nin təmsil olunduğu “Cumhur İttifaqı”na dəvət edib.
Vinali Yıldırım Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu, Yenidən Refah Partiyasının sədri Fatih Ərbakanla görüşüb. Görüşdən sonra verdiyi açıqlamada Yıldırın partiyanı “Cumhur İttifaqı”nda görmək istədiklərini deyib.
“Ümid edirik ki, bu seçkilərdə birlikdə addımlaya bilərik. Təbii ki, cənab Fatih Ərbakan və dostları bu məsələ ilə bağlı öz qiymətləndirmələrini edəcək və sonra qərarlarını ictimaiyyətlə bölüşəcəklər”, – deyə Yıldırım qeyd edib.