Türkiyənin Ali Seçki Şurası ölkədə ümumi seçkilərin mayın 14-nə təyin edilməsi ilə bağlı Prezidentin qərarını təsdiqləyib.
Arazmedia.az xəbər verir ki, bu barədə xəbər hökumət qəzeti “Resmi Gazete”də dərc olunub.
Ehtiyac yaranarsa prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçirilməsini nəzərdə tutan fərman imzalayıb.
Eyni zamanda Türkiyə lideri bildirib ki, fərman martın 11-də hökumət qəzetində dərc olunduğu andan səsverməyə hazırlıq prosesi başlayacaq.