DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Finlandiya NATO-ya daxil olana qədər Ukraynaya tanklar verməyəcək

1 dəqiqəyə oxunur

Finlandiya Almaniyadan “yaşıl işıq” almasına baxmayaraq, hələ ki, Leopard 2 tanklarını Ukraynaya təhvil vermək barədə qərar qəbul etməyib .

Arazmedia.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Finlandiyanın baş naziri Sanna Marin deyib.

Marinin sözlərinə görə, Rusiya ilə ümumi sərhədin olması ilə əlaqədar Finlandiya üçün strateji vəziyyət digər ölkələrdən “bir az fərqlidir”.

“Biz bu barədə ictimaiyyətə əvvəlcədən məlumat vermirik, lakin qərar qəbul edildikdən sonra onlara nəyi bilməli olduqlarını söyləyirik” deyə baş nazir bildirib.  

Baş nazir xatırladıb ki, Finlandiya əvvəllər Ukraynaya hansı silahları ötürdüyü barədə təfərrüatları açıqlamayıb. Bu, məhz Rusiya faktorunun mövcudluğuna görə edilib.