Fevralın 11-də saat 07 radələrində Xəzər rayonu rayonu Binə qəsəbəsində 1968-ci təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Arazmedia.az- a bildirilib ki, araşdırmalarla cinayət əməlini törədən qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.