Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac müşahidə edilir.
Bu barədə Arazmedia.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
6. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.