Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Tehrana rəsmi səfər edib.
Arazmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat dərc edib.
Səfər zamanı Dövlət Duması ilə İran parlamenti arasında əməkdaşlıq komitəsinin üçüncü iclasının keçirilməsi planlaşdırılır.
Həmçinin Volodinin İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibafla da danışıqları nəzərdə tutulub.