Bakı metrosunda maşinist qatar idarə edərkən vəfat edib.
Arazmedia.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gecə dərhal təcili tibbi yardım çağırılıb. Hadisə ilə bağlı aidiyyəti strukturlara məlumat verilib.