DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Makron Ukraynaya tank verilməsinin şərtlərini açıqlayıb

1 dəqiqəyə oxunur

Ukraynaya “Leclerc” tanklarının verilməsi istisna olunmur.

Arazmedia.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.““Leclerc” tanklarına gəldikdə deməliyəm ki, bu məsələ üzərində işləməyi müdafiə nazirinə tapşırmışam. Heç nə istisna deyil” – deyə Makron qeyd edib.

Fransa prezidenti bildirib ki, Kiyevə tanklar 3 şərtlə verilə bilər. Tankların verilməsi eskalasiyaya səbəb olmamalı, Ukraynanın müdafiə qüdrətini real şəkildə artırmalı və eyni zamanda Fransanın müdafiə qabiliyyətini aşağı salmamalıdır.

Öz növbəsində Almaniya kansleri bildirib ki, tərəflər Ukraynaya böyük maddi və humanitar dəstək göstərib, həmçinin silahla təchiz ediblər.