Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsində müharibə başlayandan bəri ilk xaricə səfərini bu gün ABŞ-a edəcəyi açıqlanıb.
Arazmedia.az xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumata görə, Zelenski dekabrın 21-də (bu gün) ABŞ Konqresinin birgə iclasında iştirak etmək və Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona gələcəyi gözlənilir.
Bəzi mənbələr səfərin təsdiqlənmədiyini və təhlükəsizlik şəraitindən asılı olacağını bildirib.