Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisini təbrik edib.
Arazmedia.az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi öz “Twitter” profilində paylaşım edib.
O, qarşılaşmanı izləyən övladının fotosunu paylaşaraq müxtəlif dillərdə “Təbriklər, Argentina!” yazıb.