Türkiyədə Bartın-Zunquldağ avtomobil yolunun Akçamescit hissəsində sərnişin avtobusu aşıb. Arazmedia.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 39 nəfər yaralanıb. Hadisə yerinə jandarm, təcili tibbi yardım heyəti və yanğınsöndürənlər cəlb olunub. Qəzanın baş vermə səbəbi araşdırılır. Share