Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Müdafiə Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.