“Ünvanlı sosial yardım üçün ayrılan vəsaitin uşaq pulu ilə əvəz olunması yaxşı olardı”.
Arazmedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, iki nəfərli ailəyə ünvanlı sosial yardım düşmür:
“O ailəyə düşür ki, ata ana ilə yanaşı ailədə iki və daha çox uşaq var. Olmaz ki həmin yardım elə uşaq pulu formasında ödənilsin və məsələyə bir yolluq son qoyulsun”.