Payız tətilində Ələt məktəbliləri üçün “Pizza master class” təlimi təşkil edilib
Arazmedia.az xəbər verir ki, Bakı Limanı tərəfindən Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində Ələt qəsəbəsindəki məktəblərdə təhsil alan azyaşlı məktəblilər üçün “Pizza master class” təlimi təşkil edilib.
Pizza Brunonun da dəstək olduğu təlim çərçivəsində uşaqlar həm əylənib, həm də pizza bişirməyi öyrənirlər.
Məlumat üçün bildiririk ki, Bakı Limanı hər zaman Ələt qəsəbə icmasına, qəsəbə daxilində fəaliyyət göstərən azyaşlılardan ibarət məktəbli uşaqlara diqqət və qayğı göstərir.
Hacıağa Qayıbov