Azərbaycanın daha bir ağırlıqqaldıranı Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə medal qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Arazmedia.az-a verilən məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən Tehran Məmmədov birdən qaldırmada 126 kq-ı ram edərək, bu hərəkətdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.