44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumatında bildirilib.
Qeyd olunub ki, 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.