Azərbaycan Prezidentinin uzun illər mətbuat katibi vəzifəsini icra etmiş Səlahəddin Quliyev vəfat edib.
Arazmedia.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Qeyd edək ki, Səlahəddin Quliyev 1994-2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini vəzifəsində işləyib.