Ukrayna Xerson vilayətində 88 yaşayış məntəqəsini rus işğalçılarından azad edib .
Arazmedia.az xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığından məlumat verilib.
“Müdafiə qüvvələri 12 minə yaxın insanın yaşadığı 88 yaşayış məntəqəsini artıq azad edib”, – məlumatda deyilir.
Qeyd olunur ki, işğaldan azad edilmiş kəndlər arasında kompleks sabitləşdirmə tədbirlərinin həyata keçirildiyi Novodmitrovka, Kostırka, Çereşnevoe, Novonikolaevka, Novopetrovka, Blakitnoe kəndləri də var.