DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Mirzoyan Çavuşoğlu ilə görüşmək istəyir

1 dəqiqəyə oxunur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazır olduğunu bildirib. 

Arazmedia.az xəbər verir ki, bu barədə o, Türkiyə XİN rəhbəri Mevlut Çavuşoğlunun erməni həmkarı ilə görüşmək istəyini ifadə etməsi ilə bağlı müşahidələrə istinad edərək bildirib.

“Biz dialoqun uğurla başa çatmasında maraqlıyıq. Mən heç vaxt belə görüşün əleyhinə olmamışam”, – deyə Mirzoyan vurğulayıb. 

Mirzoyan əlavə edib ki, bu görüşlər zamanı tərəflər ölkələr arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində səmimi və ciddi addımlar atmalıdırlar: “Bir daha deyirəm: mən belə bir görüşə hazıram, ümid edirəm ki, belə bir görüş baş verərsə, nəticədə nəzərəçarpacaq nəticələr qeydə alınacaq”.