DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Lerikdə qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı

1 dəqiqəyə oxunur

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Lerik rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Arazmedia.az-a verilən məlumata görə, araşdırmalarla Lerik rayonu, Hücü kəndi ərazisində vətəndaşlara ayrılmış kənd təsərrüfatı təyinatlı pay torpaqlarında meşə fonduna daxil olmayan torpaq sahəsində ümumilikdə 94 ədəd ağacın kəsilməsi faktları öz təsdiqini tapıb.

Ölkəmizin ekosisteminə ciddi xələl gətirmiş, müvafiq normativlərə əsasən 29 min manatdan çox ziyan dəyməsi ilə nəticələnmiş ağac kəsmə cinayətlərinin əlamələri olduğuna görə qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.