Ukrayna Ali Radası Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələr üçün hazırlanmış Transmilli Korporasiyalar haqqında Konvensiyadan ölkənin çıxması haqqında qanun layihəsini qəbul edib.
Arazmedia.az xəbər verir ki, bunu Ukraynanın Ali Radadakı nümayəndəsi Taras Melniçuk deyib.
“Qanun layihəsi Ukraynanın müqavilə-hüquqi bazasını MDB üzvü olan dövlətlərlə münasibətlərin müasir reallıqlarına uyğunlaşdırmaq və Ukraynanın hazırkı Avropaya inteqrasiya siyasətini nəzərə almaq məqsədi ilə Ukraynanın Transmilli Korporasiyalar haqqında Konvensiyadan çıxmasını nəzərdə tutur”, – deyə Melniçuk izah edib.