44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Şaiq Kəlbiyevin anım mərasimi keçirilib.
Arazmedia.az xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak edib, qəbirüstü abidəni önünə gül dəstələri qoyulmuşdur. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 30 noyabr 2021-ci ildə helikopter qəzasında Şəhid olmuş Qaradağ sakini Kapitan Əhmədxanov Ceyhun Xanlar oğlunun doğum günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının rəhbərliyi ilə bir qrup İcra Hakimiyyətinin əməkdaşları, Şəhidin ailə üzvləri və Sərhəd Qoşularının hərbi qulluqçuları tərəfindən ikinci Fəxri Xiyaban ziyarət edilmiş, qəbirüstü abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Şəhid ailələrinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.