DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın ETDİ

1 dəqiqəyə oxunur

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Arazmedia.az xəbər verir ki, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin III turunun matçına çıxıb.
Ağdam klubu səfərdə Yunanıstan
“Olimpiakos”u ilə qarşılaşıb. Pireydəki görüşün ilk yarısı qarşılıqlı hücumlarla keçsə də, hesab açılmayıb. Düzdür, Abdullah Zubir matçın əvvəlində rəqib qapısına yol tapmağı bacarıb. Amma VAR-ın ofsayd qərarı ilə qol hesaba alınmayıb.

Qarşılaşmanın taleyi ikinci 45 dəqiqədə həll olunub. Hissənin ortalarında Ovusu Kvabena meydan sahiblərinin qapısına yol tapıb – 1:0. Görüşün sonlarında isə Marko Veşoviç fərqi artırıb. Ramil Şeydayevin qolu isə 3:0 hesablı darmadağını rəsmiləşdirib. “Qarabağ” ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb.

Qeyd edək ki, qrupun digər matçında “Frayburq” “Nant”ı qəbul edib. Almaniya klubu ardıcıl üçüncü qələbəsini qazanıb – 2:0.