Yaponiya hökuməti Vladivostokdakı Yaponiya konsulunun persona non-qrata kimi tanınmasına cavab olaraq rusiyalı diplomatı ölkədən çıxarmağı planlaşdırır.
Arazmedia.az xəbər verir ki, bu barədə “Yomiuri Shimbun” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Tokio tezliklə bu qərarla bağlı Rusiya tərəfini xəbərdar edəcək.
Ötən həftə Yaponiya konsulu Motoki Tatsunori Vladivostokda pul müqabilində məxfi məlumat almağa çalışarkən saxlanılıb.
Diplomat günahını etiraf etdikdən sonra persona non-qrata elan edilib.
Yaponiya Tatsunorinin saxlanmasına etiraz edib. Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin Tokionun reaksiyasını əsassız adlandırıb.