DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“ŞAHMARIN EŞQ ƏSƏRİ”

2 dəqiqəyə oxunur

Şəhidlər bizim dünənlərimizdən bu günümüzə əmanət qalan, bu günümüzdən sabahımız əmanət olan vətəni candan əziz tutub, vətənə can verərək vətənləşən qəhrəmanlardır. Tarix boyu Azərbaycan torpaqları öz qonşuları tərəfindən işğala məruz qalıb. Vətəni qoruyan oğullar isə hər zaman vətənə sipər olublar. Həmin qəhrəman oğullardan biri də Aprel döyüşlərində mübarizə aparıb şəhadətin bir addımlığından dönən, Vətən müharibəsində isə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olan Quliyev Şahmar Kəmaləddin oğludur.
28 sentyabr 2020-ci ildə şəhadətə ucalan Şahmar 1 oktyabrda can verdiyi vətən torpağına əmanət edilib.
Əslən Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindən olan Şahmar Quliyev qürur yerimiz olan II Fəxri xiyabanda dəfn olunub.
Oktyabrın 1-də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında kapitan Quliyev Şahmar Kəmaləddin oğlunun anım günündə şəhidimizin xatirəsinə həsr olunmuş Manya Səxavətqızının “Şahmarın eşq əsəri” adlı kitabının təqdimat mərasimi keçirilib.
Mərasim iştirakçıları öncə II Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Quliyev Şahmar Kəmaləddin oğlunun xatirəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən “ŞAHMARIN EŞQ ƏSƏRİ ” adlı kitabının müəllifi Manya Səxavətqızı, Milli Məclisin deputatı Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rüstəm Bayramov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyeva şəhidin həyat və döyüş yolundan danışıblar, kitabın ərsəyə gəlməsi səbəblərindən bəhs ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Şahmar Quliyev bütün xalqımızın fəxr etdiyi, qürur duyduğu qəhrəman şəhidlərimizdəndir. 29 illik qısa ömür yoluna böyük qəhrəmanlıq səlnaməsini sığdıran Şahmar Quliyevin əziz xatirəsi əbədi olaraq xalqın qəlbində və tariximizdə yaşayacaq.
Çıxışlardan sonra təşəkkür mərasimi olub. Şəhid Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyevaya və “ŞAHMARIN EŞQ ƏSƏRİ” adlı kitabın müəllifi Manya Səxavətqızına təşəkkürnamələr, xatirə hədiyyələri təqdim edilib.
Təqdimat mərasiminin sonunda gənc müğənni Murad Laçın şəhid Şahmar Quliyevin xatirəsinə həsr olunmuş “Müqəddəs eşqim” adlı mahnını ifa edib.
Tədbirin sonunda xatirə şəkili çəkilərək həmin gün şəkillərlə ölümsüzləşdirilib.