DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

“Heydər Əliyev İli” – milyonların arzusu – ŞƏRH

4 dəqiqəyə oxunur

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində əbədi qalacaq şəxsiyyət, xalqımızın qəlbində daim yaşayacaq dahi insan, müstəqil Azərbaycan dövlətinin yaşamasında, inkişafında müstəsna xidmətləri olan Liderdir. Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir.

Ümummilli liderin ötən əsrin 70-80-ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Azərbaycan Sovet İttifaqında qabaqcıl sənaye, kənd təsərrüfatı və digər sahələrin fundamental inkişaf etdiyi respublikaya çevrildi. Heydər Əliyev uzaqgörənliklə və planlı şəkildə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Qazanılan bu uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün Ulu Öndər unikal layihələrin icrasını təmin etdi.

Düzdür, Sivet İttifaqının dağılması bəzi qrupların hakimiyyəti zorla ələ keçirməsinə şərait yaratdı və həmin səriştəsiz insanların fəaliyyəti, uğursuz siyasəti nəticəsində dövlətçiliyimiz sual altına düşdü. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər nəticəsində Azərbaycanda qanunsuz hərbi birləşmələrin timsalında artıq vətəndaş müharibəsi başlamışdı. Belə bir ağır məqamda xalq yenə ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağladı. Xalq öz seçimində yanılmadı. Çünki təcrübəli dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qardaş qırğınından, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edəcək yeganə şəxs idi. Ulu Öndər Azərbaycanı dirçəliş, inkişaf yoluna çıxardı və ölkəmizi parçalamaq istəyənlərin niyyətlərini ürəklərində qoydu.

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.

Tarixi şəxsiyyət Heydər Əliyev hər zaman elm və təhsilə böyük önəm verib, bu sahəyə xüsusi diqqət və qayğı göstərib. Azərbaycan dilinin idarəçiliklə geniş tətbiqi, böyük klassiklərin yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında təbliğ olunması Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin təməlində dayanan siyasət olduğunu açıq şəkildə görmək olar. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Ulu Öndər Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Heydər Əliyev siyasəti bu gün ölkəmizi uğurlu gələcəyə doğru aparır. Ulu Öndər özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edən, xalqın alternativsiz liderinə çevrilən cənab İlham Əliyev kimi davamçı-varis yetişdirib. Məhz 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Əminliklə demək olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir.
1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı özprinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Azərbaycan Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edəcəkdir. Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq olar. Çünki Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir, sonsuzdur. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, qəlbimizdə yaşayacaq.

Aydın Hüseynov,
Milli Məclisin deputatı