Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalla görüşüb.
Arazmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.
Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.