“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb.
Bu barədə Arazmedia.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.