Milli Məclisin deputatı Aydın Hüseynov şəhid Xəqani Aslanovun anım günündə iştirak edib.
Arazmedia.az xəbər xəbər verir ki, Binə qəsəbəsində şəhid Xəqani Aslanovun anım günü tədbiri keçirildi. Tədbir iştirakçılarının Dövlət Himnimizi oxumasının ardınca qonaqlara söz verildi.
Tədbirdə iştirak edən Millət vəkili Aydın Hüseynov şəhidin qısa, amma şərəfli həyat yolu haqqında danışdı. Tədbirdə iştirak edən digər rəsmi şəxslərdə öz çıxışlarında Xəqani Aslanovun döyüş yolundan, onun Vətəninə olan sevgisindən və qorxmazlığından bəhs etdilər.
Qarabağ qazilərinin, şəhid ailələrinin də iştirak etdiyi tədbir Xəqani Aslanovun övladları Cəsarət və Sadiq Aslanovların ataları haqqında danışdıqları kövrək, amma qürurverici xatirələriylə davam etdi.
Hacıağa Qayıbov