DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Aydın Hüseynov: “Hüquqları pozulan Azərbaycan xalqıdır, ermənilər yox” 

3 dəqiqəyə oxunur

“Dünya ikili standartlardan əziyyət çəkir, haqlı tərəfin ədalət axtarışı heç də həmişə müsbət nəticə vermir. Beynəlxalq təşkilatların və burada səlahiyyət sahibi olan ayrı-ayrı şəxslərin subyektiv yanaşması səbəbindən bu standartlar hələ də tətbiq edilir ki, bu da münaqişələrin məntiqi sonluqla bitməsinə, ədalətin bərpa olunmasına mane olan ən böyük əngəllərdəndir. Məhz məsələyə obyektiv yanaşılmaması ucbatından münaqişə uzanır, insanların haqqı tapdalanır, vətəndaşların yaşamaq hüququ əlindən alınır. Problem həm də bundadır ki, haqqı tapdalananlara irqinə, dininə və milli mənsubiyyətinə görə də fərq qoyulur, Belə faktlar yetərincədir. Azərbaycan vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal etməsi nəticəsində pozulmuş hüquqları 30 il ərzində heç bir beynəlxalq təşkilat tərəfindən tanınmadı, işğalçılara təzyiq edilmədi, BMT tərəfindən çıxarılan 4 qətnamə kağız üzərində qaldı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 44 günlük Vətən müharibəsi zamanı Qarabağda eməni sakinlərin guya hüquqlarının müdafiə etmək iddiasına münasibət bildirərkən qeyd edib ki, məhkəmənin reaksiyasında ikili standartlara çox yer verilib: “Vətən müharibəsində silahlı qüvvələrimizin hədəfi yalnız hərbi təyinatlı obyektlər olub. Biz terrorçularla, separatçılarla və onlara dəstək verənlərlə müharibə apararaq ədaləti bərpa etmişik, torpaqlarımızı işğalçılardan təmizləmişik, BMT-nin 4 qətnaməsini yerinə yetirmişik, separatçılığın regionda, bölgədə kökünü kəsmişik. AİHM-in Azərbaycanı insan haqlarını pozmaqda ittiham etməsi böyük haqsızlıqdır. Əvvəla Azərbaycan Ermənistandan fərqli olaraq mülki əhalinin sıx yaşadığı, təmas xəttindən uzaqda olan ərazilərə atəş açmayıb, maksimum şəkildə mülki əhalinin zərər görməməsinə çalışıb. Xəstəxanalar, məktəblər, uşaq baxçaları, yaşayış binaları müharibə müddətində heç bir zərər görməyib. Ermənistan isə hərb meydanında uduzduğunu hiss edincə dinc sakinləri hədəfə alıb. Gəncə, Tərtər, Ağcabədi, Bərdə kimi təmas xəttindən xeyli uzaqda olan rayon mərkəzlərini hədəfə alan, uşaq, qoca, qadın, ahıl demədən qətlə yetirən dövlət, əlbəttə, Ermənistandır. AİHM bu ölkəni mülki əhalinin hüquqlarını pozmaqdan çəkindirməlidir. İnsan Hüquqları Konvensiyasının 2 (yaşamaq hüququ), 3 (işgəncənin qadağan edilməsi) və 8 (şəxsi və ailə həyatına hörmət hüququ) saylı maddələrinə əməl edilməlidir. Maraqlı burasıdır ki, AİHM 30 il ərzində azərbaycanlıların hüquqları pozulanda susduğu halda, Laçın rayonunda son illər Ermənistan tərəfindən qanunsuz olaraq məskunlaşdırılan Livan və Suriya ermənilərinin üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Laçın şəhərindən, Zabux və Sus kəndlərindən köçürülməsinə reaksiya verir, ittihamçı rolunda çıxış edir. Bu da əslində münaqişənin kökünə varmamaqdan, kimin işğalçı, kimin işğala məruz qalan tərəf olduğunu araşdırmadan ermənilərin tərəfini tutmaqdan, haqsızın yanında olmaqdan başqa bir şey deyil”.

Xatırladaq ki, iyulun sonunda Ermənistan Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) guya Qarabağda sakinlərinin hüquqlarının pozması ilə bağlı dövlət adından şikayət göndərib.