Paytaxt yollarında sıxlıq olan küçə və prospektlər açıqlanıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Arazmedia.az-a verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır: 1. . Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); 5. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində; 6. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Share