Rusiya rəsmiləri İranda pilotsuz uçan aparat təlimi alır.
Arazmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel açıqlayıb.
ABŞ rəsmisinin sözlərinə görə, Rusiya rəsmiləri iki ölkə arasında pilotsuz təyyarələrin təhvil verilməsi sazişi çərçivəsində son bir neçə həftə ərzində İranda təlim keçirlər.
Keçən ay ABŞ rəsmiləri bəyan etmişdilər ki, ABŞ İranın Rusiyaya bir neçə yüz pilotsuz təyyarə verməyə hazır olduğuna inanır və Rusiya rəsmiləri dronları görmək üçün İrana səfər ediblər.
Türk mətbuatının yaydığı xəbərə görə, Rusiya İrandan “Şəhid-191” və “Şəhid-129” SİHA-ları almağa hazırlaşır.