Avqustun 1-dən 5-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə Arazmedia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şərq küləyi arabir 15-18 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var. Share