Rusiyada hərbi təlimlər zamanı onlar gizli səfərbərlik keçirməyi planlaşdırırlar.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Ordu, Konversiya və Silahsızlanma Mərkəzinin direktor müavini Mykhailo Samus yerli KİV-ə müsahibəsində bildirib.
Bu strateji təlimlər hər il keçirilir. Əminəm ki, bu il Rusiyada təlimlər adı altında gizli səfərbərlik aparılacaq. Ola bilsin ki, hətta onlarla ehtiyatda olan hərbçi də toplantıya çağırılsın ki, onlarla təlim elementləri işlənsin. Onları, bundan sonra cəbhəyə göndərəcəklər.” – Samus deyib.
Onun sözlərinə görə, təlimlər zamanı ruslar böyük ehtimalla Ukraynadakı müharibə təcrübəsindən əldə etdikləri hərbi elementləri məşq edəcəklər.