Azərbaycan əsilli türk atlet Ramil Quliyev Əlcəzairdə keçirilən 19-cu Aralıq dənizi Oyunlarında qızıl medal qazanıb.
Arazmedia.az xəbər verir ki, Oran şəhərində keçirilən oyunlarda dünya və Avropa çempionu atlet Quliyev 200 metr məsafəyə finalda trasa çıxıb.
Yarışı 20.21 göstərici ilə birinci yerdə tamamlayan Quliyev bu mövsümün ən yaxşı səviyyəsinə çatıb və Aralıq dənizi Oyunlarında ardıcıl ikinci dəfə bu kateqoriyada qızıl medal qazanıb.