Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Arazmedia.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində
2. Abbasqulu ağa Bakıxanov küçəsində, Murtuza Muxtarov küçəsi ilə kəsişmədən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində
3. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində
4. Heydər Əliyev prospektində, Koroğlu metro stansiyası istiqamətindən, eyni zamanda Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, kənar yolda, şəhər istiqamətində, Heydər Əliyev Mərkəzinin qarşısına doğru
5. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində
6. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində, eyni zamanda Akademik Həsən Əliyev küçəsi istiqamətində
7.Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Qarabağ küçəsi ilə kəsişməsindən, Şah İsmayıl Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində
8. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində
9. Bülbül prospektinin, Xaqani küçəsi ilə kəsişməsindən, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla, Zərifə Əliyeva küçəsi ilə kəsişmə olan hissəsinə qədər