DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasının Dünya Limanları Konfransında iştirak edib

2 dəqiqəyə oxunur

Bakı Limanının Baş Direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi Bakı Limanının nümayəndə heyəti qlobal dəniz limanı rəqabət qabiliyyətinin artırılması və dünyanın əsas liman regionlarının performansınının yüksəldilməsi məqsədi ilə #BoşluqlarıBağlamaq (#ClosetheGaps) mövzusunda 400-dən çox aparıcı liman və tərəfdaşların yeni formatda bir araya gətirən #IAPH2022-də iştirak edib.
Mayın 16-da konfrans Vankuver Limanın prezidenti Robin Silvester, və IAHP-in baş icraçı direktoru cənab Patrik Verhovenin açılış niqləri ilə başladı. Eyni zamanda, Kanadanın Baş Naziri Castin Trudeau və Beynəlxalq Dəniz Təşkilatı (İMO) Kitack Limin videomesajları konfrans iştirakçılarına çatdırıldı.
Daha sonra konfrans #ClosetheGaps mövzusu altında müxtəlif sessiyalar, şəbəkələşmə tədbirləri və interaktiv görüşlərlə davam etdirilib. IAPH2022 üçün #ClosetheGaps mövzusu keçən ilki Dünya Limanlar Konfransında regional rəqabət qabiliyyətinə cavab vermək və gələcək dayanıqlılığı təmin etmək üçün dünyanın bir çox yerlərində limanlara uzunmüddətli investisiyalara və qlobal təchizat zəncirlərinin yaradılmasına ehtiyac olduğu qənaətinə gələn çoxsaylı sessiyaların nəticəsində hazırlanıb.
Bakı Limanı həmçinin konfransın mayın 17-də Vankuver Konqres Mərkəzində keçirilən “Yaşıl gəmiçilik dəhlizlərinin əlaqələndirilmiş və davamlı şəbəkəsini necə inkişaf etdirməli?” adlı sesiyasına sponsorluq edib. Sessiyada ekspertlər və tanınmış liman rəhbərləri Yaşıl Nəqliyat Dəhlizləri şəbəkəsinin necə görünəcəyi və hansı meyarların dənizdə karbon emissiyalarının azaldılmasına davamlı təsiri təmin göstərəcəyi barədə fikirlərini bölüşüblər.
Konfrans zamanı Bakı Limanının nümayəndə heyəti ümumi dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə vermək üçün mövcud və gələcək tərəfdaşlıq imkanlarını müzakirə etmək üçün IAHP-nin İcraçı direktoru Patrik Verhoeven, eləcə də müxtəlif ölkələrin liman rəhbərləri ilə görüşlər keçirmişdir.
Bundan əlavə, IAPH-in “Ports & Harbors” jurnalı Bakı Limanının Baş Direktoru Taleh Ziyadovun “Bakı Limanının transformasiyası və Limanın 120 illik yubileyinin qeyd edilməsi” mövzusunda eksklüziv müsahibəsini dərc edib. Jurnalın may/iyun sayı konfrans zamanı bütün IAPH2022 iştirakçıları arasında paylandı və jurnalın nüsxələri bütün dünyada IAPH üzvü olan 200 liman və dənizçilik şirkətlərinə göndərildi.
IAPH Beynəlxalq Limanlar və Limanlar Assosiasiyasıdır, Assosiasiyanın dünyanın 90 ölkəsindən 200-dən çox üzvü var və təşkilat dünyada olan liman idarələri və ya limanla əlaqəli biznesləri bir araya gətirir. Bakı Limanı 2010-cu ildən IAPH-nin üzvü kimi IAPH ilə strateji tərəfdaşlıq edir. Qeyd edək ki, Bakı Limanı 2018-ci ilin 9-10 may tarixlərində Mərkəzi Avrasiyada ilk dəfə keçirilən IAPH-nin Dünya Limanları Konfransına uğurla ev sahibliyi edib və 65 ölkədən rekord sayda (400-dən çox) iştirakçı Bakı Konqres Mərkəzində təşkil olunan bu qlobal tədbirdə iştirak edib.

Arazmedia.az,

Hacıağa Qayıbov

Pros

  • +

Eksiler

  • -