DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə edib

1 dəqiqəyə oxunur

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi.

Arazmedia.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilib.

“Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib”, – T.Musayev qeyd edib.