Bu gün Abşeron rayonunun Müşfiqabad, 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Arazmedia.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, bunun səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır. Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib. Share