ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən təşkil edilən turun əsas məqsədi Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə ticarətin artırılması imkanlarını araşdırmaqdır. Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olmaqla 40-dan çox gömrük və nəqliyyat sahəsində çalışan dövlət və özəl təşkilatların nümayəndələrinin eyni zamanda, TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və USAID rəsmilərinin təmsil olunduğu turun iştirakçılarına Bakı Limanının fəaliyyəti, terminalların iş prinsipi, yükaşırmada operativliyi və məlumatlılığı təmin etmək üçün tətbiq edilən müasir texnologiyalar barədə informasiya verilib.
Eyni zamanda, regionda yaranan yeni çağırışlar fonunda qonaqlar Bakı Limanın əməliyyatlar və terminal xidmətləri üzrə rəhbər və mütəxəssislər ilə interaktiv danışıqlar aparıb, yükaşırma və nəqliyyat məsələləri barədə onları maraqlandıran sualları muzakirə ediblər.
Hacıağa Qayıbov,
Arazmedia.az