Ağdaş rayonunda 3 yaşlı uşağı ilan sancıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O qeyd edib ki, hadisə rayon ərazisindəki taxıl sahələrinin birində baş verib. 2019-cu il təvəllüdlü Emin Niftəliyev bacısı ilə taxıl sahəsində oynayarkən onu qəfil ilan sancıb.
3 yaşlı körpə valideynlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan isə ağır vəziyyətdə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas edilib.