İşğaldan azad olunan ərazidə mina partlaması nəticəsində daha bir nəfər xəsarət alıb.
Arazmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Baş Qərvənd kəndi ərazisində baş verib. Məlumata görə, mina partlaması nəticəsində xəsarət alan şəxs Fövqəladə Hallar Nazirliyinin ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşıdır. Kapitan Süleyman Heydərovun qolundan ağır xəsarət alaraq hospitala yerləşdirildiyi bildirilir.
Hazırda Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.