DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Pensiya yaşı azaldılacaq? – AÇIQLAMA

2 dəqiqəyə oxunur

65 yaşda pensiyaya çıxan insan pensiya kapitalının 12 ildə olan ayların sayına (144-ə) bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il yaşamasını qəbul etmək deməkdir.

Arazmedia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, 2002-ci ildə əmək qabiliyyətli əhali arasında 11 588 nəfər ölübsə, 2020-ci ildə 27 991 nəfər dünyasınını dəyişib.

“Bu, pensiya almadan ölənlərin təxminən 150% artması deməkdir. Bunun bir neçə səbəbi olsa da əsas səbəb pensiya yaşının artırılmasıdır. Çünki, 2009-cu ilə qədər əmək qabiliyyətli əhali olaraq kişilər 15-61 yaş, qadınlar 15-56 yaş arası hesab olunurdu. Amma 2020-ci ildə bu yaş həddi kişilər üçün 15-64, qadınlar üçün 15-61,5 yaş hesab edilirdi. Pensiya yaşı artırıldıqca, pensiya almadan ölənləri sayı kəskin artır. Bu artım illər üzrə bərabər qalxmır, artan hər pensiya yaşına ölüm daha çox artır. Məsələn, pensiya yaşını 55-dən 56-ya  qaldıranda əvvəlki illə müqayisədə təxminən 300 nəfər daha çox ölüm olursa, 65-yaşdan 66 yaşa qaldıranda ölüm sayı 300 yox, 1000 artır.  Yəni, bioloji yaş artıqca ölüm daha çox artır.  Bu təxminən həmin qədər insanın bu və ya digər formalı pensiya hüququndan istifadə edə bilmədən dünyasını dəyişməsi deməkdir”. 

Ekspert bildirib ki, pensiya yaşının azaldılması ilə bağlı son günlər Milli Məclisdə olan müzakirələr müsbət hal olsa da, reallaşdırılması gözlənilən deyil:

“Ona görə ki, 2027-ci ilə qədər pensiya yaşının artırılması qanunla təsdiqlənib. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb 65-ə çatdırılması nəzərdə tutulub. Hazırda kişilərin pensiya yaşı 65 olub, qadınların pensiya yaşı isə 62 il 6 aydır. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə qadınlar üzrə 63 il olacaq. Beləliklə, azalan hər pensiya yaşı əlavə xərc, artan hər pensiya yaşı isə qənaət deməkdir. Odur ki, yaxın vaxtlarda pensiya yaşının azalması ilə bağlı addımın atılacağı gözlənilən deyil”.