Rusiyanın hər yerində naməlum şəxslər hərbi komissarlıqların binalarını yandırmağa başlayıblar.
Arazmedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
O qeyd edib ki, bu günə qədər onlarla hadisə məlumdur: “Bilirsiniz ki, hazırda Rusiya Federasiyasının hər yerində hərbi komissarlıqlar yanır. Əslində, artıq onlarla belə hal var”.
Müşavir bildirib ki, bu cür hərəkətlər Rusiya Federasiyasında səfərbərliyi pozmaq üçün edilir.