Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.
Arazmedia.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin nümayəndəsi məlumat verib.
Bu məlumatı ölkənin Müdafiə Nazirliyi və Sahil Mühafizəsi də təsdiqləyib.
Nazirlik xüsusilə, Yapon dənizində ticarət gəmilərində təhlükəsizlik tədbirlərinə riayət etməyi və məlumatlara əməl etməyi tələb edib.
Sahil Mühafizəsi raketin üzən qalıqlarının aşkar edilməsi zamanı ona toxunmamağı məsləhət görüb.
Bundan əvvəl “Yonhap” agentliyi Cənubi Koreyanın Baş Qərargah rəislərinə istinadən məlumat vermişdi ki, KXDR hakimiyyəti Yapon dənizinə doğru naməlum mərmi atıb.
Cənubi Koreya ordusu baş verənləri təhlil edir və bunun ballistik raket ola biləcəyini etiraf edir.