![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/04/1649764699.bicaqqq8.jpg?resize=700%2C500&ssl=1)
Salyanda 37 yaşlı şəxs qətlə yetirilib.
Arazmedia.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1952-ci il təvəllüdlü Əliyev Məlikağa Əşrəf oğlu öz evində keçmiş kürəkəni Qarabağlı kənd sakini, 1985-ci il təvəllüdlü Məlikov Faiq Mətləb oğlunu aralarında yaranmış münaqişə zəminində bıçaqla qətlə yetirib.
M.Əliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.