“Liverpul” heyətinə yeni futbolçu cəlb edib.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu “Seltik”in 16 yaşlı yarımmüdafiəçisi Ben Doakla anlaşıb. Hələ ki onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb. “Liverpul” bu keçid üçün Şotlandiya klubuna 600 min funt sterlinq ödəyəcək.
Qeyd edək ki, Doak “Seltik”in əsas komandasının 2 oyununda iştirak edib.