Bakı şəhərinin Sabunçu rayonunda evdə yanğın olub.
Arazmedia.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ümumi sahəsi 190 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi və qarajda olan minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.